qanun.info.az
qanun.info.az

Ayaz Mütəllibovun mətbuat katibinə 4 maddə ilə cinayət işi başlanıb

Ayaz Mütəllibovun mətbuat katibinə 4 maddə ilə cinayət işi başlanıb
24-01-2023, 13:20 11 dəfə baxılıb

Sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor Fətişoğlu (İbrahimov)barəsində 4 maddə ilə cinayət işi başlanıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,  T. Fətişoğlu Barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4-cü(cinayətə təhrik etmə), 178.2.4-cü ((xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310-cu(vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 312.1-ci (rüşvət vermə) maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, T.İbrahimov özünü Baş Prokurorluğun mətbuat katibi kimi təqdim edərək Ağcabədi rayon sakini, həbs edilmiş Elməddin Ələsgərovun cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərilməsi məqsədilə onun atası Bayram Ələsgərovu aldadaraq 25 000 manatını alıb.

Teylor Fətişoğlu barəsində Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başladılıb.

Cinayət işi üzrə materiallar baxılması üçün Xətai rayon məhkəməsinə göndərilib. T.İbrahimov barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Qeyd edək ki, T.İbrahimov 6 il əvvəl Ağdam rayonunun sabiq icra başçısı Raqib Məmmədovun adından dələduzluq etməkdə təqsirli bilinirdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA