Cəlilabad rayon sakini sükan arxasında qəfildən vəfat edib.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, ötən axşam 42 yaşlı Coşqun Babayev idarə etdiyi "Mercedes” markalı avtomobillə Masallı rayonunda hərəkətdə olarkən ölüb.
C.Babayevin ürəktutması nəticəsində vəfat etdiyi bildirilir.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.