13:40
35

Bakıda evdən 10 min manatlıq oğurluq edildi

Bakıda evdən oğurluq edilib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən seyfdən 5000 manat pul, 5800 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş İ.Nuruyev müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Çox oxunanlar