13:44
34

Şərurda ikimərtəbəli obyekt yandı

Şərurda ikimərtəbəli obyekt yanıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Mahmudkənd kəndində ümumi sahəsi 450 m² olan ikimərtəbəli obyektin (hazırda təmirdə olan) yanar konstruksiyaları və içərisindəki əşyalar 50 m² sahədə yanıb.

 

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Çox oxunanlar