11:44
36

Bakıda evdən 15 min dollar və 5 min dollarlıq qızıl-zinət əşyaları oğurlandı

Bakıda evdən 15 000 dollar və 5000 dollarlıq qızıl-zinət əşyaları oğurlanıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 15.000 ABŞ dolları və 5000 dollar dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Çox oxunanlar