Azərbaycan gimnastları Polşada gümüş və bürünc medalları qazandılar
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu həftəsonu Polşanın paytaxtı Varşava şəhərində "Irina Cup” adlı beynəlxalq turnir keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, bədii gimnastlarımız bu turnirdə komanda hesabına çoxnövçülükdə iki medal yazdırmağı bacarıblar.
Yarışda 2008-ci il təvəllüdlü gimnastlar arasında iştirak etmiş Leyli İsmayılova fəxri kürsünün ikinci pilləsinə yüksəlib, Məryam İonis isə bürünc medala layiq görülüb.