UEFA Avropa Liqası: "Qarabağ" texniki məğlubiyyət aldı
Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Azərbaycanın "Qarabağ" futbol klubuna texniki məğlubiyyət verib.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, Avropa Liqasının qrup mərhələsinin sonun matçını (İspaniyanın "Vilyareal" klubuna qarşı) buraxdığına görə "Qarabağ"a 3:0 hesablı texniki məğlubiyyət verilib.