qanun.info.az
qanun.info.az

Güləşçimiz Serbiyada dünya çempionatının qızıl medalını qazanıb

Güləşçimiz Serbiyada dünya çempionatının qızıl medalını qazanıb
7-11-2021, 12:09 32 dəfə baxılıb

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, sərbəst güləşçimiz Əliabbas Rzazadə (57 kq) debütdə Almaniya təmsilçisinə qalib gəlib. Ə.Rzazadə daha sonra Tacikistan güləşçisinə aman verməyib. Dörddəbir finalda Ermənistan güləşçisini üstələyən həmyerlimiz yarımfinala yüksəlib. Hindistan idmançısı ilə olduqca gərgin idman mübarizəsi şəraitində keçən görüşdə isə xalların keyfiyyəti güləşçimizi finala daşıyıb. Noyabrın 6-da həlledici görüşdə Qırğızıstan güləşçisi ilə üz-üzə gələn həmyerlimiz mübarizədən qalib ayrılmaqla dünya çempionu olub.

 

Təmsilçimiz Zirəddin Bayramov (65 kq) rəqibi xalçaya çıxmadığı üçün güləşmədən ikinci mərhələyə yüksəlib. Z.Bayramov ikinci görüşdə ABŞ təmsilçisinə gücünü göstərib. Ancaq dörddəbir finalda rusiyalı rəqibinə uduzub. Təmsilçimiz noyabrın 6-da təsəlliverici görüşə çıxıb və Özbəkistan güləşçisini mübarizədən kənarlaşdırıb. Bürünc medal uğrunda qarşılaşmada Bolqarıstan idmançısına heç bir şans tanımayan Z.Bayramov tam üstünlüklə qələbə qazanaraq dünya üçüncüsü olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA