qanun.info.az
qanun.info.az

Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti qalxacaq

Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti qalxacaq
1-07-2020, 08:24 341 dəfə baxılıb

Dünyada Aİ-95 markalı benzinin qiyməti rekord səviyyədə qalxıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Aİ-95 markalı benzinin qiyməti dünya bazarında 0,26 artıb.

Qeyd edək ki, bir müddət əvvəl Aİ-95 markalı benzin qiyməti Azərbaycanda ucuzlaşmışdı, bu da bu markalı benzinin dünya bazarında qiymətinin düşməsilə bağlı idi. Dünya bazarında qiymət artımından sonra Azərbaycanda da Aİ-95 markalı benzinin qiyməti artacaq, çunki Aİ-95 markalı benzin ölkəyə idxal olunur. Azərbaycanda istehsal olunan və geniş tələbat olduğu üçün qiymətləri Tarif Şurası tərəfindən nizamlanan Aİ-92 markalı benzin, dizel və aviasiya yanacağından fərqli olaraq "Aİ-95" və "Aİ-98" benzinlərinin qiyməti neft qiymətlərinin dəyişməsindən asılıdır. Ona görə də dünya bazarlarında qiymətlərin dəyisməsi ilə əlaqədar həmin markaların Azərbaycandakı qiymətləri formalaşır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA