qanun.info.az
qanun.info.az

Cəbhə bölgəsində özünüməşğulluq proqramına qoşulan işsiz şəxs üçün kiçik təsərrüfatlar qurulur (FOTO)

Cəbhə bölgəsində özünüməşğulluq proqramına qoşulan işsiz şəxs üçün kiçik təsərrüfatlar qurulur (FOTO)
19-09-2020, 11:00 39 dəfə baxılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu dəfə banklar tərəfindən cəbhə bölgəsində yaşayan və özünüməşğulluq proqramına qoşulan bir qrup işsiz şəxs üçün kiçik təsərrüfatlar qurulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirlik, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində banklar tərəfindən cəbhə bölgəsindən özünüməşğulluq prorqamına cəlb edilən şəxslərə aktivlər təqdim edilir. Həmin ailələr üçün öz seçimlərinə uyğun olaraq heyvandarlıq sahəsi üzrə təsərrüfatlar qurulur.

Ümumilikdə isə respublika üzrə artıq 312 nəfər proqram iştirakçısı seçdikləri fəaliyyət sahəsi üzrə kiçik bizneslərini qurmaq üçün banklar tərəfindən mal və materiallarla təmin edilib.

 

Qeyd edək ki, bu layihəyə ölkədə fəaliyyət göstərən 21 bank qoşulub. Əməkdaşlıq çərçivəsində 1000 nəfər proqram iştirakçısının banklar tərəfindən aktivlərlə təmin edilməsi nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA