qanun.info.az
qanun.info.az

Bu il Azərbaycana əsasən bu ölkələrin vətəndaşları gəlib

Bu il Azərbaycana əsasən bu ölkələrin vətəndaşları gəlib
19-12-2020, 10:40 46 dəfə baxılıb

Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda baş verən tənəzzül digər ölkələrdə olduğu kimi, Azərbaycanda da müşahidə edilməkdədir.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 756,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

2020-ci ilin yanvar-noyabr aylarında ölkəmizə gələnlərin 28,2 faizi Rusiya Federasiyası, 23,7 faizi Gürcüstan, 19,5 faizi Türkiyə, 8,9 faizi İran, 2,1 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,6 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, hər birindən 1,0 faiz olmaqla Pakistan və Türkmənistan, hər birindən 0,9 faiz olmaqla Küveyt və Böyük Britaniya, 0,8 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və İraq, hər birindən 0,5 faiz olmaqla Almaniya və İsrail, 5,0 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 80,3 faizini kişilər, 19,7 faizini qadınlar təşkil edib.

Cari ilin yanvar-noyabr aylarında Çindən gələnlərin sayı 16,4 dəfə, Cənubi Koreyadan - 13,6 dəfə, İsraildən - 10,7 dəfə, Yaponiyadan - 10,0 dəfə, Polşadan - 9,9 dəfə, İraqdan - 9,2 dəfə, Səudiyyə Ərəbistanından - 8,6 dəfə, Macarıstandan - 8,4 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən ­­ - 7,2 dəfə, Omandan və Kanadadan - 7,1 dəfə, ABŞ-dan­ - 7,0 dəfə, Türkmənistandan - 6,1 dəfə, Fransadan - 6,0 dəfə, Almaniyadan və Qətərdən - 5,7 dəfə, Niderlanddan ­və Qazaxıstandan - 5,3 dəfə, Böyük Britaniyadan - 5,2 dəfə, İtaliyadan - 4,3 dəfə azalıb.

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,9 dəfə azalaraq 22,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,8 dəfə azalaraq 105,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,1 dəfə azalaraq 259,3 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,7 faizi dəmir yolu və avtomobil, 27,9 faizi hava, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA