qanun.info.az
qanun.info.az

"WhatsApp" tənqidlərə görə yeni qaydaların tətbiqini təxirə saldı

16-01-2021, 11:42 28 dəfə baxılıb

"WhatsApp" messenceri yeni siyasətinin tətbiqini təxirə salıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "WhatsApp" administrasiyası messencerin saytında məlumat yerləşdirib.

Məlumatda bildirilir: "Bir çox insandan son yeniləmə ilə əlaqədar baş verən qarışıqlıq barədə eşitdik. Narahatlıq yaradan bir çox dezinformasiya yayıldı və biz hamının prinsiplərimizi və mövcud faktları anlamağına kömək etmək istəyirik".

Qeyd edilir ki, insanların bir-birlərinə göndərdikləri şeylər yalnız aralarında qalır, bu isə o deməkdir ki, xidmət "şəxsi danışıqları hər zaman iki tərəfli şifrələmə ilə qoruyacaq, nə "WhatsApp", nə də "Facebook" bu mesajları görə bilməyəcək".

Məlumatda vurğulanır ki, planlaşdırılan yeni qaydalarla əlaqədar olaraq bu prinsiplər dəyişməyəcək. Eyni zamanda, sosial şəbəkə rəhbərliyi istifadəçilərə yeni siyasəti izah edə bilmək üçün onun tətbiq edilmə tarixini təxirə salmağa qərar verdi:

"İstifadəçilərdən şərtləri nəzərdən keçirib qəbul etmələri istənəcəyi tarixi təxirə salırıq.Fevralın 8-i heç bir hesab bloklanmayacaq və silinməyəcək. "WhatsApp"ın məxfiliyi və təhlükəsizliyi ilə bağlı yanlış məlumatları ləğv etmək üçün daha çox iş görmək istəyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA