qanun.info.az
qanun.info.az

Azərbaycan nefti 119 dollara yaxınlaşıb

Azərbaycan nefti 119 dollara yaxınlaşıb
5-03-2022, 12:00 46 dəfə baxılıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 4-də 118,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,08 dollar/barel çoxdur.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 116,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 85,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,09 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 120,23 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA