qanun.info.az
qanun.info.az

Azərbaycan nefti altı dollardan çox bahalaşıb

Azərbaycan nefti altı dollardan çox bahalaşıb
13-04-2022, 11:23 32 dəfə baxılıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 12-də 109,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,48 dollar/barel çoxdur.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 107,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,46 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,45 dollar/barel çoxdur.

 

 

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 105,33 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 6,83 dollar/barel çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA