qanun.info.az
qanun.info.az

Azərbaycan neftinin qiyməti 128 dolları ötüb

Azərbaycan neftinin qiyməti 128 dolları ötüb
5-07-2022, 12:38 45 dəfə baxılıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 4-də 128,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,5 dollar/barel çoxdur.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 127,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,55 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 83,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,98 dollar/barel çoxdur.

 

 

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 124,79 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,25 dollar/barel çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA