qanun.info.az
qanun.info.az

Azərbaycanda bu rüsumlar ləğv edilir

Azərbaycanda bu rüsumlar ləğv edilir
24-01-2023, 13:17 12 dəfə baxılıb

Azərbaycanda beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə dövlət rüsumunun ləğv edilməsi təklig edilir.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Bununla yanaşı gömrük orqanlarının beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi vəzifəsinin ləğv olunması təklif edilir.

Qeyd edək ki, hazırda rüsumlar beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olan xarici dövlətlərin yük və sərnişin avtomobil daşıyıcıları üçün giriş-çıxış və tranzit keçid kvota ilə müəyyən edildiyindən artıq olduqda 100 ABŞ dolları, yük avtomobilləri üçün 100 ABŞ dolları, sərnişin avtobusları üçün 50 ABŞ dolları təşkil edir.

Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olmayan yük və sərnişin avtomobil daşıyıcıları üçün müvafiq olaraq 150 ABŞ dolları və 75 ABŞ dolları təşkil edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA