qanun.info.az
qanun.info.az

Azərbaycan və Peru arasında mədəniyyət sahəsində əməkdaşlıq sazişi imzalanmaya hazırdır

Azərbaycan və Peru arasında mədəniyyət sahəsində əməkdaşlıq sazişi imzalanmaya hazırdır
30-08-2018, 11:53 194 dəfə baxılıb

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevlə Perunun ölkəmizdəki səfiri xanım Mariya Milaqros Kastanyon Seoane arasında görüş keçirilib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Mədəniyyə Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlıq, qarşılıqlı layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.

Görüş zamanı, həmçinin Azərbaycan və Peru Mədəniyyət nazirlikləri arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında sazişin imzalanmaya hazır olduğu bildirilib, səfir sazişin imzalanması məqsədilə Ə.Qarayevi Peruya səfərə dəvət edib.

 

Nazir, öz növbəsində Peru tərəfini cari ilin 25-26 oktyabr tarixlərində keçiriləcək VI Bakı Beynəlxalq Humanitar Forumu və 2019-cu ildə ölkəmizdə təşkil olunacaq V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dəvət edib.

Görüş zamanı iki ölkə arasında mədəniyyət sahəsində, xüsusilə arxeoloji qazıntılar, incəsənət və memarlıq sahələri üzrə əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb.

Sonda səfir səmimi qəbula görə təşəkkürünü bildirib və iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın məhsuldar olacağına inamını ifadə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA