qanun.info.az
qanun.info.az

Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədrini qəbul edib

Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədrini qəbul edib
12-04-2019, 12:04 238 dəfə baxılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən  verilən məlumata görə, görüşdə Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkoya Azərbaycanın "Dostluq” ordenini təqdim edib.

Xanım Valentina Matviyenko Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə dövlətimizin başçısının Sərəncamı ilə bu ordenlə təltif olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA