qanun.info.az
qanun.info.az

Dmitri Medvedev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Dmitri Medvedev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib
26-08-2019, 17:46 45 dəfə baxılıb

Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedevdən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli Mehriban Arif qızı. Ad gününüz münasibətilə Sizə Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Dost Azərbaycanın qarşısında duran irimiqyaslı sosial-iqtisadi vəzifələrin həllində Sizin mühüm rolunuzu xüsusi qeyd etmək istəyirəm. BMT-nin və UNESKO-nun xətti ilə böyük beynəlxalq mədəni və humanitar təşəbbüslərin həyata keçirilməsində Sizin fəal iştirakınız hörmət hissi doğurur.

Rusiya Federasiyasının yüksək dövlət mükafatı – "Dostluq” ordeni ilə təltif edilməyiniz Sizin Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə verdiyiniz şəxsi töhfənizin təsdiqidir. Əminəm ki, çoxplanlı əməkdaşlığın gələcək inkişafı, bundan sonra da müxtəlif sahələrdə perspektivli birgə layihələrin həyata keçirilməsi Rusiya və Azərbaycanın maraqlarına tamamilə cavab verir.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və bütün təşəbbüslərinizdə yeni-yeni uğurlar arzulayıram".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA