qanun.info.az
qanun.info.az

Birinci vitse-prezident Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni 90 illiyi münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni 90 illiyi münasibətilə təbrik edib
14-01-2020, 10:52 6 dəfə baxılıb

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illiyi münasibətilə paylaşım edib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. Xoşbəxt müəllim Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış canlı əfsanədir. O, əsl Azərbaycan ziyalısı kimi şəxsi keyfiyyətləri, biliyi, zəngin təcrübəsi, elmi və əməli fəaliyyəti ilə bütün xalqımızın səmimi sevgi və hörmətini qazanmışdır.

Bu əlamətdar gündə Xoşbəxt müəllimi 90 illik yubileyi və Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi olan "Heydər Əliyev" ordeni ilə təltif edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı diləyir və ən xoş arzularımı çatdırıram!"

Birinci vitse-prezident Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni 90 illiyi münasibətilə təbrik edib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA