qanun.info.az
qanun.info.az

Paşinyan Baydendən də kömək istədi

Paşinyan Baydendən də kömək istədi
9-11-2020, 11:07 17 dəfə baxılıb

Ermənistan baş naziri Nikol Paşinyan Co Baydenin prezident seçilməsilə bağlı təbrik məktubu göndərib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,Paşinyan məktubda Baydeni bir cümlə ilə təbrik etdikdən sonra məktubun əsas hissəsində Qarabağdan danışıb və kömək istəyib. Paşinyan Bu dəfə də özünə məxsus yalanları məktubda ifadə etməyə çalışıb və müharibənin dayandırılması üçün ABŞ-ın rolunu xüsusi qeyd edib:

"Ümid edirəm ki, müharibəni dayandırmaq və problemi hərtərəfli həll etmək üçün aktiv addımlar atacaqsınız".

Qeyd edək ki, Co Baydenin prezident seçkilərində qələbə qazanması hələ rəsmi olaraq təsdiqlənməyib. Bir sıra ABŞ mediası Baydenin seçkilərdə qalib gəldiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA