qanun.info.az
qanun.info.az

Türkiyə Prezidenti Azərbaycanla əməkdaşlıq üzrə daha bir sənədi təsdiqləyib

Türkiyə Prezidenti Azərbaycanla əməkdaşlıq üzrə daha bir sənədi təsdiqləyib
25-08-2021, 11:11 23 dəfə baxılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti İlə Türkiyə Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu təsdiq edib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir.

Sənəd 2021-ci il aprelin 2-də Bakıda imzalanıb.

Anlaşma Memorandumunun məqsədi iki ölkə arasında ticarətin rəqəmsallaşdırılması, rəqəmsal ticarətin dayanıqlı və sabit inkişafının təşviq edilməsidir. Sənəd kommunikasiya mexanizmini və rəqəmsal ticarətdə əməkdaşlığın hüquqi çərçivəsini yaratmağı hədəfləyir.

Qeyd edilir ki, tərəflər bərabərlik, açıqlıq, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında əməkdaşlıq etməyə və işləməyə razılaşırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA