qanun.info.az
qanun.info.az

Əfqanıstanda xidmət edən Azərbaycan sülhməramlıları Bakıya qayıdıb

Əfqanıstanda xidmət edən Azərbaycan sülhməramlıları Bakıya qayıdıb
28-08-2021, 06:00 21 dəfə baxılıb

Əfqanıstanda xidmət edən Azərbaycan sülhməramlıları Bakıya qayıdıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,  120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirərək Bakıya qayıdıb.

Qarşılama mərasimində Müadafiə Nazirliyinin rəsmi şəxsləri və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb. Sülhməramlılarımız və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb. Qardaş Türkiyə qüvvələri ilə birlikdə xidməti vəzifələrini peşəkarlıqla yerinə yetirən Azərbaycan sülhməramlıları Əfqanıstanda təhlükəsizliyi təmin edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA