qanun.info.az
qanun.info.az

Bu gün Brüsseldə Prezident İlham Əliyev və Nikol Paşinyanın görüşü nəzərdə tutulub

Bu gün Brüsseldə Prezident İlham Əliyev və Nikol Paşinyanın görüşü nəzərdə tutulub
14-12-2021, 11:30 105 dəfə baxılıb

Dekabrın 13-də Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə işgüzar səfərə gedib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, səfər çərçivəsində bu gün Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə ikitərəfli görüşü olacaq. Daha sonra isə Ş.Mişelin iştirakı ilə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş nəzərdə tutulub.

Qeyd edək ki, səfər çərçivəsində bu gün həmçinin NATO-nun mənzil qərargahında Prezident İlham Əliyevlə təşkilatın baş katibi Yens Stoltenberq arasında görüş olacaq. Prezident NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasının iclasında iştirak edəcək. Görüş "NATO+Azərbaycan" formatında keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA