qanun.info.az
qanun.info.az

Prezident İlham Əliyev NATO-nun baş katibi ilə görüşəcək

Prezident İlham Əliyev NATO-nun baş katibi ilə görüşəcək
14-12-2021, 11:25 91 dəfə baxılıb

Dekabrın 13-də Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə işgüzar səfərə gedib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,  səfər çərçivəsində bu gün NATO-nun mənzil qərargahında Prezident İlham Əliyevlə təşkilatın baş katibi Yens Stoltenberq arasında görüş olacaq.

Prezident İlham Əliyev NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasının iclasında iştirak edəcək. Görüş "NATO+Azərbaycan" formatında keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA