Azərbaycan daha bir ermənini təhvil verdi
Ermənistan vətəndaşı, 68 yaşlı Andranik Aleksanyan Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan tərəfinə qaytarılıb.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib.
Qeyd edək ki, bir gün əvvəl, yanvarın 14-də A.Aleksanyan azaraq Azərbaycan ərazisinə keçib.