qanun.info.az
qanun.info.az

Gəncə Şəhər Məhkəməsinə sədr, sədrin müavini və hakimlər təyin edildi

Gəncə Şəhər Məhkəməsinə sədr, sədrin müavini və hakimlər təyin edildi
1-07-2022, 15:35 30 dəfə baxılıb

Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin sədri, sədrinin müavini və hakimlərinin təyin edilməsi haqqında Sərəncam verib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, sərəncamla Xəqani Qəhrəman oğlu Tağıyev Sumqayıt Kommersiya Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilib.

Tural Şəmsi oğlu Qocayev Gəncə Şəhər Məhkəməsinin hakimi və sədrinin müavini təyin edilib.

Mustafa Əli oğlu Mustafayev Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə Şəhər Məhkəməsinin hakimi təyin edilib.

Aşağıdakı hakimlər Gəncə Şəhər Məhkəməsinin hakimləri təyin ediliblər:

Hüseynov Kənan Zakir oğlu

Hüseynov Zaur Nazim oğlu

İmanov Zaman Şakir oğlu

Şirinov Gündüz Əhməd oğlu

Tağıyev Cavid Tahir oğlu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA