qanun.info.az
qanun.info.az

Sosial şəbəkələrdə yayılan xəbərlər saxtadır - İran səfirliyindən yayılan görüntülərə reaksiya

Sosial şəbəkələrdə yayılan xəbərlər saxtadır - İran səfirliyindən yayılan görüntülərə reaksiya
4-08-2022, 10:16 67 dəfə baxılıb

İranın Azərbaycandakı səfirliyi sosial şəbəkələrdə yayılan İranın Azərbaycanla sərhədə ağır texnika yığması ilə bağlı görüntülərə aydınlıq gətirib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, İranın Azərbaycandakı səfirliyindən sorğusuna cavab olaraq bildirilib ki, İran İslam Respublikasının İslam Keşikçiləri Korpusunun (Sepah) rəsmi telegram kanalı yoxdur, Sepahın rəsmi mövqeyini rəsmi kanallar və bu qurumun sözçüsü tərəfindən öyrənmək olar.

"Sosial şəbəkələrdə yayılan xəbərlər saxtadır. Həmin görüntülər bir neçə il əvvələ aiddir. Bu kimi şayiələr iki ölkə əlaqələrinin bədxahları tərəfindən Tehran-Bakı əlaqələrini pozmaq niyyəti ilə dövriyyəyə buraxılır", - deyə məlumatda qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA