Birinci vitse-prezident Mehriban Əliyeva Ömər Eldarovu 95 illik yubileyi münasibətilə təbrik edib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında etdiyi paylaşımda Ömər Eldarovu 95 illik yubileyi münasibətilə təbrik edib.
Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, paylaşımda deyilir:
"Hörmətli Ömər Eldarov!
Sizi 95 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Öz yaradıcılığınızla milli təsviri incəsənətin gözəl ənənələrini zənginləşdirdiyinizə görə çox sağ olun! Siz Azərbaycanın yüksək mükafatlarına layiq görülmüsünüz. Lakin düşünürəm ki, ən böyük mükafatınız xalqımızın Sizə olan böyük sevgi və hörmətidir. Uca Allah Sizi və doğmalarınızı qorusun!
Dərin hörmət və sevgilərlə,
MEHRİBAN"