14:53
3 859

Antalyada hotel yanır

Türkiyənin Antalya vilayətində 4 ulduzlu hoteldə yanğın baş verib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, hadisə hotelin mətbəx hissəsində qeydə alınıb.

Hazırda əraziyə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.

 

Yerli KİV yanğının yayılmasının qarşısının alındığını bildirir.

Xəsarət alan yoxdur. Hotelin binasına, o cümlədən birinci və ikinci mərtəbələrinə ciddi ziyan dəyib.

Yanğının səbəbi və hotelin adı hələ açıqlanmır.

Çox oxunanlar