qanun.info.az
qanun.info.az

Tarix İnstitutunda strateji düşüncə və konseptual tarixi araşdırma mərkəzi yaradılıb

Tarix İnstitutunda strateji düşüncə və konseptual tarixi araşdırma mərkəzi yaradılıb
31-07-2018, 12:41 268 dəfə baxılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun elmi şurasının qərarına əsasən, bu elm müəssisəsində strateji düşüncə və konseptual tarixi araşdırma mərkəzi yaradılıb.

Qanun.info.az  AZƏRTAC-a istinadən xəbər verir ki, Tarix İnstitutundan bildirilib ki, yeni mərkəz Azərbaycanın ümumdünya tarixindəki yeri və roluna dair prioritet istiqamətləri müəyyənləşdirəcək. Mərkəz Azərbaycanın türk-müsəlman dünyasındakı yeri və roluna, xüsusilə strateji coğrafi məkan olaraq əhəmiyyətinə dair araşdırmalara diqqət yetirəcək. Bu mərkəz vasitəsilə xalqımızın tarixi xarici ölkələrdə, o cümlədən Türkiyə və digər türkdilli respublikalarda doğru-düzgün təbliğ ediləcək.

Xatırladaq ki, "Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda keçirilən beynəlxalq elmi konfransda Tarix İnstitutu ilə Türkiyənin Strateji Düşüncə İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Sənədə əsasən, Azərbaycan, Türkiyə və digər türk-müsəlman respublikalarının tarixinə dair strateji əhəmiyyəti olan problemlər müəyyənləşdiriləcək və bu istiqamətdə birgə tədqiqatlar aparılacaq. Həmçinin sentyabrda Bakıda Tarix İnstitutunun və Strateji Düşüncə İnstitutunun birgə təşkilatçılığı ilə beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulub. Konfransda Qafqazın, Mərkəzi Asiyanın və Volqaboyu türk xalqlarının tarixinə dair məruzələr dinləniləcək. Tədbirdə dünyanın tanınmış tarixçi alimlərinin iştirakı gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA