qanun.info.az
qanun.info.az

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başa çatır

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başa çatır
1-08-2018, 13:43 239 dəfə baxılıb

III ixtisas qrupu üzrə imtahan verən və "Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

 

Qanun.info.az APA-ya intinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən ( DİM) "Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər bu gün saat 23:59-dək http://eservices.dim.gov.az/erizebak/jurnalistika/ internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

 

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan vətəndaşlarının cari ildə "Jurnalistika” ixtisası üzrə yazı işində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər qeydiyyatdan keçərkən tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.

 

 

Qeyd edək ki, "Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 6-da keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı "Jurnalistika” ixtisasını da seçə bilərlər.

 

Qabiliyyət imtahanı mərhələsində bakalavrlara təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), bakalavrların yazacaqları inşaya (esseyə) verilən tələblərlə buradan tanış ola bilərsiniz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA