qanun.info.az
qanun.info.az

Gələn həftədən bütün təhsil işçiləri vaksinasiya olunacaq

Gələn həftədən bütün təhsil işçiləri vaksinasiya olunacaq
3-04-2021, 17:30 42 dəfə baxılıb

Növbəti həftədən yaşdan asılı olmayaraq, bütün təhsil işçiləri vaksinasiya olunmağa başlayacaq.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev sosial şəbəkədə istifadəçilərin suallarını cavablandırarkən deyib.

Nazirin sözlərinə görə, hazırda 40 yaşdan yuxarı insanlar vaksinasiya olunur:
"Amma hansı təhsil müəssisəsində çalışmasından asılı olmayaraq, hər kəsə vaksinlərin vurulmasına başlanılacaq. İnanırıq ki, növbəti tədris ilindən ənənəvi tədrisə qayıtmağımız mümkündür. Lakin bu, vaksinasiya ilə mümkündür”.

 

E.Əmrullayev əlavə edib ki, nazirlik yoluxma sayı azaldıqda ənənəvi tədrisə keçirilməsinin tərəfdarıdır: "Biz bunu istəyirik. Amma insanların sağlamlığı daha vacibdir. Eyni zamanda, səhiyyə müəssisələrinin üzərinə düşən yükü də nəzərə almalıyıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA