qanun.info.az
qanun.info.az

Şuşa şəhərində Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub

Şuşa şəhərində Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub
9-05-2021, 15:16 41 dəfə baxılıb

İkinci Dünya müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Tədbirdə faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, Azərbaycanın milli atıcı diviziyalarının tarixi və şanlı döyüş yolu barədə ətraflı məlumat verilib.

 

Hərbi orkestr müharibə illərinin mahnı və hərbi marşlarını ifa edib.

Mərasim şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə başa çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA