qanun.info.az
qanun.info.az

Azərbaycanda 350 nəfər COVID-19-dan sağalıb, 108 nəfər yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda 350 nəfər COVID-19-dan sağalıb, 108 nəfər yoluxub, 3 nəfər vəfat edib
5-06-2021, 23:45 18 dəfə baxılıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 350 nəfər müalicə olunaraq sağalıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 619 nəfər müalicə olunaraq sağalıb, 4 936 nəfər vəfat edib, aktiv xəstə sayı 3 092 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 331, ötən müddət ərzində isə ümumilikdə 3 559 951 test aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA