qanun.info.az
qanun.info.az

Rusiya bu ölkələrlə hava əlaqələrini bərpa edir

Rusiya bu ölkələrlə hava əlaqələrini bərpa edir
15-05-2021, 11:28 32 dəfə baxılıb

Rusiya 25 may tarixindən etibarən İslandiya, Malta, Meksika, Portuqaliya və Səudiyyə Ərəbistanı ilə hava əlaqələrini bərpa etdi.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, bu barədə koronavirus infeksiyasının idxalının və yayılmasının qarşısını alınması üzrə əməliyyat qərargahında məlumat verilib.

 

Məlumatda deyilir: "Müzakirənin nəticələrinə əsasən və ayrı-ayrı ölkələrdəki epidemioloji vəziyyət nəzərə alınaraq, qarşılıqlı əsasda, 2021-ci il 25 may tarixindən etibarən aşağıdakı dövlətlərlə müntəzəm beynəlxalq uçuşların davam etdirilməsinə qərar verilib: İslandiya (Moskva - Reykyavik həftədə iki dəfə), Malta (Moskva - Valletta həftədə iki dəfə); Meksika (Moskva - Kankun həftədə üç dəfə); Portuqaliya (Moskva - Lissabon həftədə üç dəfə); Səudiyyə Ərəbistanı (Moskva - Ciddə həftədə üç dəfə; Qroznı - Ciddə həftədə bir dəfə; Mahaçqala - Ciddə həftədə bir dəfə)", - mesajda deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA