qanun.info.az
qanun.info.az

Şabranda yaşadığı evi tərk edən COVID xəstəsi saxlanılıb

Şabranda yaşadığı evi tərk edən COVID xəstəsi saxlanılıb
4-04-2021, 12:07 41 dəfə baxılıb

Şabran rayon sakini Ş.Balabəyova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, lakin adı çəkilən şəxs karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən özünütəcrid qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan Ş.Balabəyovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

 

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Şabran RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA