qanun.info.az
qanun.info.az

Bağda narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakini saxlanılıb

Bağda narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakini saxlanılıb
1-05-2021, 10:16 12 dəfə baxılıb

Bağda narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakini saxlanılıb

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman PB-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini O.Sadıxov saxlanılıb.

Keçirilən şəxsi axtarış zamanı onun üzərindən 5 bükümdə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkarlanıb. Davam etdirilən əməliyyat tədbirləri ilə O.Sadıxova narkotik vasitəni satan şəxsin Lənkəran rayonu Liman şəhər sakini N.Həsənli olduğu müəyyən edilib və həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. N.Həsənlinin üzərindən 1 büküm narkotik vasitə heroin, yaşadığı evin arxasındakı bağ ərazisində isə kultivasiya yolu ilə yetişdirilmiş 124 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA