qanun.info.az
qanun.info.az

Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb
10-05-2021, 13:30 31 dəfə baxılıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Avşar kəndində yaşayan Siyasət Məmişov saxlanılıb. Onun meşə zolağında narkotik tərkibli bitkilər əkdiyi müəyyən edilib. Həmin əraziyə baxış keçirilən zaman 210 ədəd çətənə bitkisinin kolları aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA