qanun.info.az
qanun.info.az

Lənkəranda eyni evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb

Lənkəranda eyni evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb
11-05-2021, 10:10 33 dəfə baxılıb

Lənkəranda 4 il ərzində bir evdən dəfələrlə oğurluq edən şəxs saxlanılıb.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış rayonunun Kərgəlan kənd sakini, əvvəllər məhkum olunmuş Emin İbadovun üzərinə keçirilən şəxsi axtarış zamanı ondan 2 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

E.İbadovun ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə onun rayonun Kərgəlan kəndində yerləşən evlərdən birindən 2017-ci ildən bir neçə dəfə qanunsuz daxil olmaqla ümumi dəyəri 4755 manat olan işıq generatoru, 6 ədəd xalça, yataq mebeli, inşaat materialları və digər əşyalar oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA