qanun.info.az
qanun.info.az

Zəngilanda partlamamış minalar aşkarlanıb

Zəngilanda partlamamış minalar aşkarlanıb
5-06-2021, 23:41 17 dəfə baxılıb

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlamamış sursatların aşkar edilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Ağakişilər kəndi ərazisində xidməti borcunu yerinə yetirərkən orada partlamamış minalar aşkar ediblər.

Dərhal bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarına məlumat verilib. Məlumatla əlaqədar əraziyə baxış keçirilən zaman tank və piyada əleyhinə 7 ədəd mina və partladıcıları müəyyən olunub. Həmin partlayıcı vasitələrin təhlükəsiz şəkildə zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər yerinə yetirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA