qanun.info.az
qanun.info.az

Jurnalistlər, QHT rəhbərləri və ictimai fəallar Ağdamda Cümə məscidində olublar (FOTO)

Jurnalistlər, QHT rəhbərləri və ictimai fəallar Ağdamda Cümə məscidində olublar (FOTO)
14-03-2021, 10:27 29 dəfə baxılıb

Martın 13-də media orqanları və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunmuş Ağdam rayonunda Cümə məscidini ziyarət ediblər.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki,  səfər iştirakçılarına məscidin tarixi və erməni barbarlığı barədə məlumat verilib. Bildirilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid "Qarabağ məscid memarlığı” məktəbinə aiddir.

Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. Ağdam məscidi də ermənilər tərəfindən dağıntılara məruz qalıb, minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.

Cümə məscidi ölkə əhəmiyyətli abidələr siyahısındadır.

Qeyd edək ki, səfər Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilir. Media orqanları və QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Jurnalistlər, QHT rəhbərləri və ictimai fəallar Ağdamda Cümə məscidində olublar (FOTO) - Gallery Image

Jurnalistlər, QHT rəhbərləri və ictimai fəallar Ağdamda Cümə məscidində olublar (FOTO) - Gallery Image






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA