qanun.info.az
qanun.info.az

Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi - Hikmət Hacıyev

Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi - Hikmət Hacıyev
14-03-2021, 10:33 39 dəfə baxılıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində Ağdamın Şahbulaq qalası ilə bağlı paylaşım edib.

Qanun.info.az Trend-ə istinadən xəbər verir ki, Hikmət Hacıyev paylaşımda bu sözləri yazıb: "Şahbulaq. Ağdam. Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam rayonuna səfər ediblər. Media orqanı və QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları səfərdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri müşayiət edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA